Xərçənglə qarışdırılan təhlükə: Sinədə ağrı və şişkinlik varsa, diqqətli olun!
25 Jun 2026, 23:33
1 baxış
Admin
Döşdə ağrı, şişkinlik və iltihab əlamətləri ilə özünü göstərən qranulomatoz mastit xəstəliyi bir çox hallarda süd vəzi xərçəngi ilə qarışdırılır və xəstələrdə ciddi narahatlıq yaradır.
News24.az xəbər verir ki, qranulomatoz mastit süd vəzisinin iltihabi xəstəliyidir. Xərçənglə əlaqəsi olmasa da, ağrı, şişkinlik və iltihab yaratdığı üçün çox vaxt xərçəng şübhəsi doğurur. Xəstəlik uzunmüddətli gedişə və təkrarlanma riskinə malik olduğundan xəstələr üçün həm fiziki, həm də psixoloji baxımdan çətin prosesə çevrilə bilir.
Mütəxəssislər vurğulayırlar ki, döşdə səbəbi bilinməyən ağrı, şişkinlik və ya iltihab əlamətləri müşahidə edildikdə, gecikmədən həkim müayinəsindən keçmək vacibdir.
Mənbə:
news24.az