Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı artdı

25 Jun 2026, 23:00 1 baxış Admin
Venesuelada zəlzələ qurbanlarının sayı artdı

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 188 nəfərə yüksəlib. 1520 nəfər isə xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının katibi Xorxe Rodrigez məlumat verib.

"Təəssüf hissi ilə bildiririk ki, zəlzələ səbəbilə 188 venesuelalı həyatını itirib. 1520 nəfər yaralı isə xəstəxanalara çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. 157 nəfər isə itkin düşüb", – o bildirib.

Əlavə edib ki, bu dəqiqəyə olan son məlumata görə, dağıntılar altında 200-dən çox insanın qaldığı bildirilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər