Dünya

“Əpl” Rusiyaya aid olan sosial şəbəkənin bütün tətbiqlərini sildi

25 Jun 2026, 20:48 2 baxış Admin
“Əpl” Rusiyaya aid olan sosial şəbəkənin bütün tətbiqlərini sildi

“Əpl” şirkəti “VKontakte” qrupuna daxil olan tətbiqlərin “App Store” onlayn mağazasından silinməsini sanksiya məhdudiyyətlərinə əməl olunması ilə əlaqələndirib.


Bakupost.az “Qafqazinfo”ə istinadla xəbər verir ki, bu barədə məlumatı “Ostorojno, novosti” teleqram kanalı yayıb.
“Apple” rəsmiləri bildiriblər ki, “VK” tətbiqləri sanksiya qaydalarına uyğun olaraq platformadan çıxarılıb. Şirkət fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik tələblərini yerinə yetirdiyini vurğulasa da, söhbətin konkret olaraq hansı sanksiyalardan getdiyini dəqiqləşdirməyib.Ətraflı
Qeyd edək ki, “VK” şirkəti özü ABŞ və Avropa İttifaqının birbaşa sanksiya siyahılarında yer almır.
Xatırladaq ki, iyunun 25-də “Apple” şirkəti “App Store”dan “VK” qrupuna məxsus 18 tətbiqi, o cümlədən “VK Video”, “VK Messenger”, “VK Music” və “Dzen” platformalarını silib. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi amerikalı nəhəngin bu addımını siyasi motivli adlandırıb.
Məlumat üçün bildirək ki, “VK” sosial şəbəkəsi 2006-cı ildə məşhur texnologiya sahibkarı Pavel Durov tərəfindən Rusiyada yaradılıb. Durov daha sonra – 2013-cü ildə qlobal miqyasda böyük populyarlıq qazanan “Telegram” messencerini də təsis edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər