Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
25 Jun 2026, 19:23
2 baxış
Admin
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətin tərkibi ilə bağlı planlarından danışıb.
Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, Paşinyanın sözlərinə görə, hökumət ciddi dəyişikliklər etməyi planlaşdırmır.
“Baş nazirin müavinləri və nazirlərin dəyişdirilməsinə ehtiyac görmürəm. Hazırda belə bir planım yoxdur”, – deyə o qeyd edib.
Bununla belə, Paşinyan icra hakimiyyətinin digər strukturlarında müəyyən dəyişikliklərin mümkün olacağını da vurğulayıb.
Onun sözlərinə görə, hökumətin yüksək rəhbər heyətində dəyişiklik nəzərdə tutulmasa da, idarəetmənin digər səviyyələrində bəzi kadr islahatları həyata keçirilə bilər.
Mənbə:
bakupost.az