Niyə vergi ödəyicilərinin sayını görə qonşulardan geri qalırıq?
25 Jun 2026, 18:07
4 baxış
Admin
Rəsmi statistikaya görə, 10 milyon əhalisi olan Azərbaycanın 1,7 milyondan bir qədər çox vergi ödəyicisi var.
Təxminən 3 milyon əhalisi olan Ermənistanın isə 800.000 vergi ödəyicisi var.
3,8 milyon əhalisi olan Gürcüstanda isə 1,1 milyon vergi ödəyicisi qeydə alınıb.
Bu rəqəmlər onu göstərir ki, Ermənistanda əhalinin 25 faizindən çoxu, Gürcüstanda təxminən 30 faizi, Azərbaycanda isə yalnız 17 faizi vergi ödəyicisidir.
İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a bildirib ki, Azərbaycanda vergi ödəyicilərinin faiz nisbətində qonşu ölkələrdən az olması ilk növbədə iqtisadiyyatın tərkibində neft-qaz sektorunun böyük yükə malik olmasından qaynaqlanır:
“Burada da əsas rolu iri oyunçular oynayır. SOCAR-ın bir VÖEN-i var, amma Ermənistanın mütləq əksəriyyət şirkətlərindən daha böyükdür”.
İqtisadçı hesab edir ki, yaranmış vəziyyətdə iqtisadiyyatın strukturu və dövlət sektorunun böyük payı da rol oynayıb.
X. Kərimli prosesdə kölgə iqtisadiyyatının oynadığı rolu da istisna etmədi:
“Böyük gəlir əldə edən bəzi şəxslər VÖEN açmaqdan yayınır”.
Müsahibimiz qeyd edir ki, mövcud durumun yaranmasında əhalinin demoqrafik strukturu da əhəmiyyət kəsb edir:
“Yəni Gürcüstan və Ermənistandakı əhalinin pensiya yaşlı və uşaqların sayı ilə Azərbaycandakı anoloji kateqoriya arasında olan say nisbəti. Həm də Azərbaycanda qeyri-neft sahəsi Gürcüstan və Ermənistanla müqayisədə pis inkişaf edib”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az