Cavid Çağlar: “CHP qarpız kimi ikiyə bölünüb”
25 Jun 2026, 17:22
2 baxış
Admin
Türkiyənin Qərbi Trakiya bölgəsinin Gümülcünə kəndində fəaliyyətə başlayıb, siyasət, idman, media və biznes dünyasının son 50 ilinə damğa vuran sabiq dövlət naziri Cavid Çağlar Cümhuriyyət Xalq Partiyasında (CHP) son zamanlar yaşananlara münasibət bildirib.
Bakupost.az xəbər verir ki, o CHP-nin daxildəki qüvvələr barış yolunu tapmalıdırlar:
“Məsələni gərginləşdirməyə ehtiyac yoxdur. Öz aralarında çıxış yolu tapmalıdırlar. Bu yol tapılmazsa, yeni bir partiya yarana bilər”. Çağlar Özgür Özəl və komandasının yeni bir siyasi partiya yaradacağını düşünür:
“CHP qarpız kimi ikiyə bölünüb. Çıxış yolu tapmasalar, ortaya yeni siyasi partiya çıxacaq. Həmin partiyanın hansı təsirə malik olduğunu isə seçkilər göstərəcək”.
Çağlar terrorsuz Türkiyə məsələsinə də toxunaraq, bunun baş verməsinin çoxsaylı problemləri həll edəcəyini deyib:
“Qonşumuz Suriyada yeni bir dövlət qurulur. İsrail isə hər yeri qaşıyır. Netanyahu insan düşmənidir. Belə vəziyyətdə 86 milyonluq Türkiyənin bir yumruq ətrafında birləşməsi vacibdir”.
Türkiyənin regional və dünya miqyasında güvənli ölkə olduğunu deyən Çağlar bu uğurun əsas memarının Prezident Ərdoğan olduğunu qeyd edib:
“Ərdoğan 25 ilə yaxındır Türkiyəni idarə edir. O etibarlı bir insandır. ABŞ Prezidenti də Ərdoğanın güclü lider olduğunu söyləyib”.
Müdafiə sənayesində görülən işlərə toxunan sabiq dövlət naziri bu istiqamətdə atılan addımları qürürverici adlandırıb.
Çağlar qardaş Azərbaycanın sabiq Prezidenti, mərhum Heydər Əliyevə yaxınlığı ilə seçilir. O, Azərbaycanın işğaldan azad edilən torpaqlarında artıq əmin-amanlığın hökm sürdüyünü də vurğulayıb:
“Qarabağ hadisələri baş verəndə hökumətdə təmsil olunurduq. İlham Əliyev böyük Zəfər qazanaraq, torpaqları işğaldan azad etdi. Azərbaycan daxilindəki yara artıq sağalıb. Qarabağ hadisəsi böyük dərsdir. Heydər Əliyevin gözəl bir fikri var: “İki dövlət, bir millət”. Qardaş Azərbaycanın yol açıq olsun”.
Qeyd edək ki, Çağların 50 illik fəaliyyəti barədə kitab da yazılıb.
Qəzetçi Hulisi Turqutun qələmə aldığı və Səma Çubuqlunun müəllifi olduğu kitabda Çağların uşaqlıq və gənclik illəri, siyasətə gəlişi, nazirlik dövründə fəaliyyəti, Süleyman Dəmirəllə qardaşlığı və s. məqamlar yer alıb.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az