Bill Qeytsin 3 xəyanət etirafı: Həkim, rus alim, idmançı...
25 Jun 2026, 16:20
1 baxış
Admin
Milyarder Bill Qeyts ABŞ Nümayəndələr Palatasında bağlı qapılar arxasında ifadə verib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, dinləmələr onun Cefri Epşteynlə əlaqələri ilə bağlı olub və transkriptlər artıq ictimaiyyətə açıqlanıb.
Qeyts ifadəsində keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts ilə evli olduğu dövrdə nikahdankənar münasibətlərdə olduğunu təsdiqləyib. O bildirib ki, bu vəziyyət Melinda üçün olduqca məyusedici olub, lakin həmin dövrdə boşanma qərarı verilməyib.
İfadələrdə bir neçə qadının adı çəkilib. Onların arasında rusiyalı alim, amerikalı sahibkar xanımlar və idmançı da var. Qeyts bu münasibətlərin əksəriyyətinin 2013-cü ildən əvvəl baş verdiyini qeyd edib. Buna baxmayaraq, cütlük yalnız 2021-ci ildə rəsmi şəkildə ayrılıb.
Dinləmələr zamanı Epşteynin Qeytsdən pul tələb etdiyi iddialarına da toxunulub. Qeyts bildirib ki, belə tələbləri rədd edib və heç bir ödəniş etməyib. O, həmçinin şəxsi həyatı ilə bağlı yayılan bəzi iddiaları, o cümlədən sağlamlığı ilə bağlı şayiələri qəti şəkildə təkzib edib.
Bahar Babaşova, BakuPost
Mənbə:
bakupost.az