Ərdoğan 3-cü dəfə prezidentliyə namizəd ola bilər
25 Jun 2026, 14:54
2 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək prezident seçkilərində istisna hal kimi üçüncü dəfə namizədliyini irəli sürə bilər.
News24.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə prezidentin baş müşaviri Mehmet Uçum bildirib.
Onun sözlərinə görə, əgər parlament seçki gününün tarixini bir neçə həftə irəli çəkərək 2028-ci il aprelin 16-na təyin edərsə, Konstitusiyaya uyğun olaraq Ərdoğan yenidən namizəd olmaq hüququ qazanacaq.
Uçum qeyd edib ki, bu addım növbədənkənar seçki sayılmır və Türkiyə qanunvericiliyinə tam uyğundur.
O əlavə edib ki, 2028-ci il seçkiləri Ərdoğanın prezident postuna sonuncu dəfə namizəd olmasına imkan yarada bilər.
Mənbə:
news24.az