İrandan Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq
25 Jun 2026, 12:57
2 baxış
Admin
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmilərə dair yeni bəyanat yayıb.
News24.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, boğazdan keçid üçün yeganə etibarlı marşrutlar İran tərəfindən müəyyən edilən yollardır və gəmilər bu keçidləri yalnız İran qüvvələri ilə koordinasiya şəraitində həyata keçirməlidirlər.
İran tərəfi həmçinin elan edilmiş marşrutlardan kənara çıxan gəmilərə qarşı müvafiq tədbirlərin görüləcəyini bildirib./HaberGlobal/
Mənbə:
news24.az