Dünya

Avropada nadir səma hadisəsi: Günəş 2 dəqiqəlik yox olacaq

25 Jun 2026, 00:22 3 baxış Admin
Avropada nadir səma hadisəsi: Günəş 2 dəqiqəlik yox olacaq

2026-cı ilin 12 avqustunda Avropanın bir sıra ölkələrində tam Günəş tutulması müşahidə olunacaq.

News24.az xəbər verir ki, nadir astronomik hadisə zamanı Ay Günəşi tamamilə örtəcək və tutulma Arktikadan Aralıq dənizinə qədər uzanan ərazilərdə görünəcək.

Məlumata görə, Ayın kölgəsi Yer səthində 8 260 kilometrdən çox uzunluğa və 293 kilometrə qədər enə malik zolaq yaradacaq. Tam tutulma zonasına düşən ərazilərdə gündüz işığı təxminən 2 dəqiqəlik yox olacaq və Günəş tacını adi gözlə görmək mümkün olacaq.

Tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissələrində daha aydın müşahidə ediləcək. Ən uzun tam tutulma mərhələsinin Qrenlandiyanın Skorsbi-Saun bölgəsində 2 dəqiqə 17 saniyə davam edəcəyi gözlənilir.

Astronomların sözlərinə görə, hadisə daha da maraqlı olacaq. Belə ki, 12 avqust eyni zamanda Perseid meteor yağışının pik dövrünə təsadüf edir. Bu vaxt saatda 100-ə qədər “axan ulduz” görmək mümkün olacaq.

Mütəxəssislər Günəş tutulmasını izləyərkən xüsusi qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Eynəkləri yalnız Ay Günəş diskini tam örtdüyü qısa müddətdə çıxarmaq olar.

Qeyd olunur ki, Avropanın böyük hissəsində, o cümlədən Ukraynada yalnız qismən Günəş tutulması müşahidə ediləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər