Dünya

Çexiyada prezident hökumətə qalib gəldi: NATO sammiti ilə bağlı məhkəmə qərarı

24 Jun 2026, 22:01 3 baxış Admin
Çexiyada prezident hökumətə qalib gəldi: NATO sammiti ilə bağlı məhkəmə qərarı

Çexiya Konstitusiya Məhkəməsi Prezident Petr Pavelin iddiasını təmin edib. Beləliklə, Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumət dövlət başçısının iyul ayında keçiriləcək NATO sammitində iştirakını təmin etməli olacaq.


Bakupost.az xəbər verir ki, bu barədə "Aktuálně.cz" nəşri məlumat yayıb.
İyunun 24-də keçirilən iclasda Konstitusiya Məhkəməsi qərara alıb ki, Nazirlər Kabineti prezidentin NATO sammitində Çexiya nümayəndə heyətinə qoşulmasına şərait yaratmalı, zəruri əməkdaşlığı və bütün təşkilati məsələləri, o cümlədən nəqliyyat və akkreditasiya prosedurlarını təmin etməlidir.
Hakimlər həmçinin vurğulayıblar ki, prezidentlərin NATO sammitlərində iştirakı uzun illər ərzində formalaşmış dövlət praktikasıdır və bu ənənə qorunub saxlanılmalıdır.
Qərar dövlət başçısı ilə hökumət arasında iyul ayında Ankarada keçiriləcək NATO sammitində Çexiyanı kimin təmsil edəcəyi ilə bağlı bir neçə aydır davam edən mübahisədən sonra qəbul olunub.
Babiş hökuməti nümayəndə heyətinə baş nazirin özü, müdafiə naziri Yaromir Zuna və xarici işlər naziri Petr Maçinkanın rəhbərlik edəcəyinə qərar vermişdi. Bu isə Prezident Petr Pavelin məhkəməyə müraciət etməsinə səbəb olmuşdu.
Çexiya prezidenti Konstitusiya Məhkəməsinə səlahiyyətlərlə bağlı iddia ərizəsi təqdim edib. Pavel bildirib ki, dövlətin xaricdə təmsil olunması onun konstitusion səlahiyyətlərindən biridir və hökumət onun NATO sammitlərində iştirakına birtərəfli qaydada mane ola bilməz.
Qeyd olunur ki, məhkəmə bu iş üzrə yekun qərarını daha sonra açıqlayacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər