Digər

Bir dəfə də “texniki problem”lə kartımıza milyonlar yüklənsin...

24 Jun 2026, 22:22 1 baxış Admin
Bir dəfə də “texniki problem”lə kartımıza milyonlar yüklənsin...

Yenə bank kartlarında problem yaşanır: mobil tətbiqə daxil olmaq çətinləşib, günorta saatlarından başlayaraq, bir çox insanın kartından pullar silinib, hətta borclar yazılıb.
Qəribə vəziyyətdir, insanlar heç bir səbəb olmadan öz vəsaitləridən istifadə edə bilmirlər, elan olunur ki, bir gündən sonra hər şey bərpa olunacaq. Bəs, bu bir gün ərzində “yoxa çıxan” vəsaitə görə kompensasiya olacaqmı?
Təbii ki, yox, olmayacaq və ümumiyyətlə, bu barədə kimsə düşünmək belə istəmir.
Mərkəzi Bankın açıqlamasından belə məlum olur ki, Azərbaycanın ən önəmli, ən nəhəng bankı sayılan ABB-yə hər hansı kiber hücum-zad olmayıb, bu, yalnız texniki məsələdir.
Bu texniki məsələlər ilk dəfə deyil baş verir. Amma maraqlıdır ki, hər dəfə “texniki problem” baş verəndə müştərilərin kartından pullar yoxa çıxır, insanlar əziyyət çəkir, bankomata qaçır, bankın filiallarına müraciət edir, həyəcan keçirir. İndiki halda hətta pul silinməsi bir yana, qəfildən 700-800 manat borc göstərilir və bu da narahatlıq yaradır.Niyə bütün texniki problemlərdə ABB-nin və yaxud digər bank müştərilərinin hesabından pul silinməlidir və yaxud yüzlərlə manat borc yazılmalıdır? Bu “texniki problem” niyə əhalinin əleyhinə işləməlidir axı?
Bir dəfə də “texniki problem” müştərinin xeyrinə işləsin, hansısa müştəri və yaxud kütləvi şəkildə müştərilər bir anlıq hesablarında min, milyon manat görsünlər, ondan təəccüblənsinlər!
Bir dəfə də banl elan etsin ki, texniki problem səbəbindən bir çox müştərinin hesabına mülyonlar yüklənib, xahiş edirik, o pulu xərcləməyin, geri alacağıq!
Nə təhər olur ki, bu “texniki problem” həmişə, hər saat, hər an bankın xeyrinə, müştərinin əleyhinə peyda olur!
Bəlkə bankın özünə bir neçə saatlıq və ya bir günlük külli miqdarda vəsait lazım olanda “texniki problem” təşrif buyurası olur?
Asena,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər