Digər

Məktəblilərin Respublika İdman Olimpiadasında yarışların üçüncü günü başa çatdı

24 Jun 2026, 18:30 2 baxış Admin
Məktəblilərin Respublika İdman Olimpiadasında yarışların üçüncü günü başa çatdı

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir. Olimpiadanın üçüncü günündə müxtəlif idman növləri üzrə qarşılaşmalar keçirilib. Məktəblilər öz bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar.
Bakupost.az xəbər verir ki, yarışın üçüncü günündə ağırlıqqaldırma, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, gimnastika və stolüstü tennis üzrə yarışlar təşkil olunub. Gimnastika və ağırlıqqaldırma üzrə yarışlara yekun vurulub, qaliblər müəyyənləşib. Yunan-Roma güləşi üzrə isə müxtəlif çəki dərəcələrində mübarizəyə start verilib və finalçılar bəlli olub.
Sonda idman növləri üzrə qaliblər və mükafatçılar təltif olunublar. Günün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli keçirilməsi təmin olunub.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadasında yarışlar 26 iyun tarixinədək davam edəcək. Olimpiada ölkənin müxtəlif bölgələrindən olan məktəblilərin iştirakı ilə keçirilir.
Xatırladaq ki, Bakı 2026-cı il üçün Dünya İdman Paytaxtı elan olunub. Ölkəmizdə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının məhz bu ilə təsadüf etməsi isə tədbirin əhəmiyyətini və əhatə dairəsini daha da artırır.


Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər