ÜST həyəcan təbili çaldı: Avropa sürətlə istiləşir
24 Jun 2026, 17:32
2 baxış
Admin
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Avropada temperatur qlobal orta göstərici ilə müqayisədə iki dəfə artıb.
News24.az xəbər verir ki, o qitədə müşahidə olunan isti hava dalğalarının insanların sağlamlığını təhlükə altına aldığını, məktəblərin fəaliyyətinə təsir göstərdiyini bildirib.
Qebreyesus iqlim böhranının təsirlərinin qarşısını almaq üçün liderləri təcili tədbirlər görməyə və iqlimə davamlı səhiyyə sistemlərinə investisiya yatırmağa çağırıb.
Mənbə:
news24.az