Dünya

Litvada siyasi dəyişiklik: Bütün hökumət istefa verdi

24 Jun 2026, 17:22 3 baxış Admin
Litvada siyasi dəyişiklik: Bütün hökumət istefa verdi

Litvanın Baş naziri İnqa Ruqiniene istefa verib. Bununla da hakim koalisiyada aparılan yenidənqurma prosesindən sonra Sosial Demokratların rəhbərlik etdiyi hökumətin fəaliyyəti başa çatıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni baş nazir vəzifəsinə namizəd kimi Sosial Demokrat Partiyasının lideri Mindauqas Sinkeviçius irəli sürülüb. İstefa qərarı son kabinet iclasında bütün nazirlər tərəfindən yekdilliklə təsdiqlənib.
Koalisiya razılaşmasına əsasən, prezident 15 gün ərzində parlamentə yeni baş nazir namizədini təqdim etməlidir.
Bahar Babaşova, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər