Dünya

Tramp cinsiyyətini dəyişənlər idmançılardan danışdı: "Dəli olmuşuq?"

24 Jun 2026, 13:01 15 baxış Admin
Tramp cinsiyyətini dəyişənlər idmançılardan danışdı: "Dəli olmuşuq?"

Transgender kişilər qadınların idman yarışlarında iştirak etməməlidir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, cinsiyyətini dəyişmiş idmançılar qadın yarışmalarında asanlıqla üstünlük əldə edə bilir : “Cinsiyyətini dəyişmiş bir kişi gəldi. Buna belə deyirlər. O, kişi ağır atletlər siyahısının sonunda idi, amma indi qadın atletdir. O, qaldırdığı çəkiyə baxdı, düşünürəm ki, bu, 210 funt idi. Bu, qadın üçün çox böyük göstəricidir, amma kişi üçün yox. Kişi bunu bir əli ilə qaldıra bilər”.

“O qalib gəldi, hamı dedi ki, necə də möhtəşəmdir. Biz dəli olmuşuq? Kişilər qadın idmanında iştirak etməməlidirlər”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, mart ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgenderlərin qadın yarışlarında iştirakını qadağan etmək barədə qərar qəbul edib.

Daha sonra Komitə bildirib ki, transgender idmançılar Olimpiya Oyunlarında yalnız bioloji cinslərinə uyğun kateqoriyalarda yarışa biləcəklər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər