Dünya

Rusiya Krivoy Roqu ballistik raketlərlə vurdu: ölənlər var

23 Jun 2026, 14:36 17 baxış Admin
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurdu: ölənlər var

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə ballistik raketlərlə zərbə endirib, nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
Bakupost.az APA-ya istinadən bildirir ki, bu barədə “UNIAN” Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkula istinadən məlumat yayıb.
Onun sözlərinə görə, mülki infrastruktur obyektinə zərbə endirilib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, raket zərbəsi nəticəsində Krivoy Roqda sənaye infrastrukturu zədələnib.
O qeyd edib ki, bir neçə yanğın baş verib və xilasedicilər onları söndürüblər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər