Dünya

Avropada dəhşətli istilər: Yüzlərlə məktəb bağlanır

22 Jun 2026, 13:36 16 baxış Admin
Avropada dəhşətli istilər: Yüzlərlə məktəb bağlanır

Avropada müşahidə olunan kəskin istilər həyatı iflic edib.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransada bir çox bölgədə yüksək temperatur səbəbindən fövqəladə vəziyyət yaranıb.
Fransız meteorologiya xidməti 35 vilayətdə “qırmızı”, 45 vilayətdə isə “narıncı” xəbərdarlıq elan edib. Ölkənin bəzi bölgələrində temperatur 40 dərəcəyə çatıb. Landes bölgəsində isə termometrlər 42 dərəcəni göstərib.
Məlumata görə, vəziyyət daha da ağırlaşacaq.
İsti hava təhsil sisteminə də təsir edib. Fransanın Təhsil naziri Edouard Geffray bildirib ki, sabah 845 məktəb bağlanacaq.
Bundan əlavə, 1800 məktəbdə dərs saatları dəyişdiriləcək.
Bahar Babaşova, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər