Cəmiyyət

Anar İsrafilov da TƏBİB-dən

19 Jun 2026, 17:58 1 baxış Admin
Anar İsrafilov da TƏBİB-dən

TƏBİB-də növbəti mühüm kadr dəyişikliyi baş verib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb. Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb.
Anar İsrafilovun işdən ayrılması TƏBİB-də son dövrlərin ən diqqətçəkən kadr hadisələrindən biri hesab oluna bilər. Belə ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov uzaqlaşdırıldıqdan sonra qurumun idarə edilməsi Anar İsrafilova tapşırılmışdı.
O, bir müddət TƏBİB rəhbərliyində faktiki olaraq əsas səlahiyyət sahiblərindən biri kimi çıxış edib, bir sıra mühüm qərarlar qəbul edib. Hətta bu dövrdə bir neçə mühüm kadrların işdən çıxarılması, yeni təyinatlar da həyata keçirib.
Elə buna görə də səhiyyə cameəsində və TƏBİB daxilində Anar İsrafilovun gələcəkdə qurumun sədri vəzifəsinə gətirilə biləcəyi barədə də fikirlər səslənirdi. Bu ehtimallar xüsusilə onun rəhbərlikdə artan rolundan, müxtəlif struktur dəyişikliklərində fəal iştirakından və son aylarda həyata keçirilən bəzi təyinatlardan sonra daha da güclənmişdi.
Məhz bu səbəbdən Anar İsrafilovun gözlənilmədən TƏBİB-dən ayrılması səhiyyə ictimaiyyətində maraq və suallar doğurub.
Azər,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər