Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
19 Jun 2026, 12:19
11 baxış
Admin
"Ümumvətəndaş, diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi nəticəsində Azərbaycan vətəndaşlarının 95 ölkəyə sərbəst gediş-gəlişi təmin olunur".
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, 86 ölkəyə diplomatik və xidməti, 22 ölkəyə isə ümumvətəndaş pasportuna malik Azərbaycan vətəndaşları sərbəst gedib-gələ bilir./Unikal/
Mənbə:
news24.az