İdman

FIFA 2026 Dünya Kubokunda ilk oyunlar başa çatdı

18 Jun 2026, 15:41 3 baxış Admin
FIFA 2026 Dünya Kubokunda ilk oyunlar başa çatdı

FIFA 2026 Dünya Kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

News24.az xəbər verir ki, 12 qrupda keçirilən 24 oyunda ümumilikdə 75 qol vurulub.

İlk turun ən böyük hesablı qələbəsini Almaniya qazanıb. Almanlar Kyurasaonu 7:1 hesabı ilə məğlub ediblər. Argentina Əlcəzair üzərində 3:0 hesablı qələbə qazanarkən, Lionel Messi het-trik müəllifi olub.

Ev sahiblərindən ABŞ Paraqvayı 4:1, Meksika isə Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub edib. İngiltərə Xorvatiyanı 4:2, Fransa Seneqalı 3:1, Norveç isə İraqı 4:1 hesabı ilə üstələyib.

Qrup mərhələsinin ilk turunda bir sıra sensasiyalar da yaşanıb. İspaniya Kabo-Verde ilə qolsuz heç-heçə edib, Braziliya Mərakeşə, Portuqaliya isə Konqo Demokratik Respublikasına qarşı oyunda xal itkisi ilə üzləşib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər