Cəmiyyət

DİM qabiliyyət imtahanında iştirak şərtlərini açıqladı

18 Jun 2026, 16:27 3 baxış Admin
DİM qabiliyyət imtahanında iştirak şərtlərini açıqladı

2026/2027-ci tədris ili üzrə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, eləcə də musiqi sənəti istiqamətləri üzrə komissiyalara qeydiyyat iyunun 18-dən 29-dək davam edəcək. Abituriyentlər yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə biləcəklər.
Qeydiyyat yalnız qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) ümumi balı 50 və daha yüksək olan abituriyentlər üçün mümkündür. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər barədə məlumatı DİM-in rəsmi saytından əldə edəcəklər. Həmin vərəqədə imtahanın tarixi, keçirilmə ünvanı və vaxtı göstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ətraflı məlumatlar 2026-cı ildə nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışlarında yer alıb. Burada proqramlar, qiymətləndirmə meyarları, hazırlıq tövsiyələri, tapşırıq nümunələri və digər faydalı materiallar əksini tapıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər