Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü
16 Jun 2026, 23:24
7 baxış
Admin
Tanınmış vəkil Fərhad Mehdiyev ağır itki ilə üzləşib.
News24.az xəbər verir ki, hüquqşunasın qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub. Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı F.Mehdiyev təsdiq edib.
Qeyd edək ki, hadisə baş verən an Fərhad Mehdiyev mediasiya prosesində imiş. (Xitab24.az)
Mənbə:
news24.az