Cəmiyyət

Bu günə olan Bakı-Naxçıvan reysləri ləğv edildi

14 Jun 2026, 14:49 10 baxış Admin
Bu günə olan Bakı-Naxçıvan reysləri ləğv edildi

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

News24.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.

“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə məlumatda qeyd edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər