Cəmiyyət

Özəl reabilitasiya mərkəzində ÖLÜM HADİSƏSİ

13 Jun 2026, 17:06 8 baxış Admin
Özəl reabilitasiya mərkəzində ÖLÜM HADİSƏSİ

Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.


Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib.
Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə.Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər