Dünya

Türkiyə ABŞ-İran danışıqlarını onlarla müzakirə etdi

12 Jun 2026, 23:54 9 baxış Admin
Türkiyə ABŞ-İran danışıqlarını onlarla müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasındakı dialoq məsələsinə dair Qətərli həmkarı əl-Tani, həmçinin amerikalı müzakirəçilərlə telefon danışıqları aparıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Məlumata görə, tərəflər ABŞ-İran danışıqlarının gedişatı barədə fikir mübadiləsi aparıblar.
Fidan prosesin tezliklə başa çatacağına və daimi sülhün bərqərar olacağına ümid etdiyini bildirib, həmçinin Türkiyənin diplomatik səyləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər