İran ABŞ-lə razılığa gəldiyini açıqladı
12 Jun 2026, 12:27
7 baxış
Admin
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran və ABŞ arasında anlaşma memorandumunun mətni əsas məqamlar üzrə razılaşdırılıb.
News24.az xəbər verir ki, bu barədə Press TV-nin məlumatında qeyd olunub.
Onun sözlərinə görə, münaqişəyə son qoymağı hədəfləyən potensial razılaşmanın əsas bölmələri hazırdır. Baqai vurğulayıb ki, bu prosesdə həmişə fikir ayrılıqlarının səbəbi ABŞ-nin ziddiyyətli mövqeyi olub.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla müharibəni dayandırmağa razı olduğunu açıqlamışdı. Lakin o, tərəflərin hələ sənədləri imzalamadığını qeyd etmişdi.
Mənbə:
news24.az