Müəllimənin şagirdi ilə bağlı çıxışı hər kəsi ağlatdı
12 Jun 2026, 12:39
10 baxış
Admin
Azərbaycanda bir müəllimənin tələbəsi ilə bağlı emosional çıxışı sosial şəbəkələrdə maraq doğurub.
Bakupost.az xəbər verir ki, yayılan videoda müəllimə imtahan nəticələrindən danışarkən şagirdlərindən birinin həyat hekayəsinə toxunub.
O bildirib ki, imtahan günü maksimum bal toplayan şagirdləri çox olsa da, birinin nəticəsi ona xüsusilə təsir edib:
“İlk dəfə mənim dərsimə qoşulanda anasının yeddisi idi... Bu hissin nə qədər ağır olduğunu hər biriniz çox yaxşı bilirsiniz. O biri otaqda ağlaşma səsi gəlirdi, bu otaqda isə test işləyirdi, ağlayırdı. Deyirdi ki, anam imkansızlıqdan öldü.O uşaq neçə ay əziyyət çəkdi, 680-dən çox bal topladı və o, hazırda həkimdir”.
Yasəmən
Mənbə:
bakupost.az