İran İlon Maskın ərəb ölkələrindəki aktivlərini də hədəf seçdi
11 Jun 2026, 23:47
8 baxış
Admin
İran İlon Maskın bölgədəki aktivləri ilə bağlı potensial hədəflərin siyahısını genişləndirib.
Bakupost.a "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, növbəti hərbi əməliyyatlar çərçivəsində istifadə oluna biləcəyi iddia edilən hədəflərin siyahısı yenilənib.
Məlumata görə, genişləndirilmiş siyahıya amerikalı milyarder İlon Maskın Qərbi Asiyadakı iqtisadi maraqları ilə bağlı olan bütün obyektlər daxil edilib.
Qeyd olunur ki, buraya regionun bir sıra ərəb ölkələrində yerləşən aktivlər də daxildir.
Mənbə:
bakupost.az