Dünya

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azad etdi

11 Jun 2026, 23:38 8 baxış Admin
İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azad etdi

İsrail Fələstinin HƏMAS qrupunun qurucularından biri olan Həsən Yusifi azad edib.


Bakupost.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
71 yaşlı Yusif 2023-cü ilin oktyabr ayından bəri məhkəməsiz saxlanılır. O, 1980-ci illərdə Şeyx Əhməd Yasin və Müsəlman Qardaşlarının üzvləri ilə birlikdə HƏMAS-ı yaradıb.
İsrail son illərdə Yusifi bir neçə dəfə həbs edib. O, sonuncu dəfə 16 aylıq inzibati həbsdən sonra 2020-ci ilin iyul ayında azadlığa buraxılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər