BƏƏ və İran rəsmiləri savaşdan sonra ilk dəfə görüşdü
11 Jun 2026, 20:19
5 baxış
Admin
BƏƏ və İranın yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri hərbi əməliyyatların başlamasından bəri ilk dəfə üzbəüz görüş keçiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, görüş bu həftə baş tutub və hər iki tərəf üçün kəskin dönüş yaradıb. Tədbirin təşəbbüsü əsasən Tehranla müntəzəm münasibətlər qurmağa çalışan Əbu-Dabidən gəlib.
Agentliyin məlumatına görə, BƏƏ hazırda iqtisadiyyatına və təhlükəsizliyinə dəyən ziyanı minimuma endirməyə çalışır.
Mənbə:
bakupost.az