Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
11 Jun 2026, 18:17
5 baxış
Admin
Rusiyaya bütün karantin məhsullarının tədarükü məhdudlaşdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“12 iyun tarixindən etibarən “Rosselxoznadzor” Ermənistandan bütün karantin məhsullarının, eləcə də Rusiya ərazisindən tranzit olaraq Aİİ üzv dövlətlərinə idxalını məhdudlaşdıracaq. Qadağa göndərilən malların təhlükəsizliyini və izlənilə bilməsini təmin etmək üçün xüsusi bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq”, - məlumatda deyilib.
Qeyd olunub ki, qurum bu ilin may ayından etibarən Ermənistanın müəyyən növ karantin məhsullarının idxalını tədricən məhdudlaşdırır və həmçinin təchizatdakı fasilələr barədə dəfələrlə Ermənistan tərəfinə məlumat göndərib.
Mənbə:
bakupost.az