Cəmiyyət

DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub

11 Jun 2026, 11:45 8 baxış Admin
DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib.


Bakupost.az xəbər verir ki, bu barədə nazirlikdən məlimat verilib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 167 milyon manat artaraq 2 milyard 815 milyon manat olub.
Bu ilin 5 ayında DSMF-nin xərcləri isə 3 milyard 440 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 316 milyon manat çoxdur.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər