Bakıda bu dayanacaqlar söküləcək
11 Jun 2026, 11:54
8 baxış
Admin
Paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin isə söküntüsü işləri ilə bağlı hazırlıqlara başlanılıb.
Məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsi ilə bağlı “Madina Group MM” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət dayanacaqlarda təmir, bərpa və söküntü işlərini 419 min 531 manata icra edəcək.
Mənbə:
bakupost.az