Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
10 Jun 2026, 19:32
7 baxış
Admin
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.
Bu barədə Bakupost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Qeyd olunub ki, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
Mənbə:
bakupost.az