Samirə Quliyeva vəzifədən getdi
10 Jun 2026, 17:24
7 baxış
Admin
"Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi" publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən ayrılıb.
Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudovun müvafiq əmri ilə Samirə Şahgəldi qızı Quliyeva sözügedən müəssisənin direktoru vəzifəsindən azad edilib.
Ona SXA-nın başqa bir qurumunda vəzifə verilib. 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə müvəqqəti olaraq Nərmin Əhməd qızı Məmmədova gətirilib.
Mənbə:
bakupost.az