Cəmiyyət

Şahbuzun Kükü kəndinə dolu yağdı

09 Jun 2026, 20:49 8 baxış Admin
Şahbuzun Kükü kəndinə dolu yağdı

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən News24.az-a verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.

Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər