Cəmiyyət

Nazirliyin dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirildi

09 Jun 2026, 14:27 5 baxış Admin
Nazirliyin dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirildi

05 iyun 2026-cı il tarixində Qarabağ Universiteti İncəsənət Fakültəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi dəstəyi ilə “1-ci Qarabağ Səs Konqresi” keçirilmişdir. Konqres, “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti”, “Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyəti”, “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarət olmuşdur. 


Bakupost.az xəbər verir ki, tədbiri giriş sözü ilə Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı DMA Türkər Qasımzadə açmış, fakültənin fəaliyyəti haqda iştirakçılara təqdimat etmişdir. Qarabağ Universiteti Rektorunun müşaviri Hamiz Mahmudov rektor Şahin Bayramovun salamlarını və təbriklərini konqres iştirakçılarına çatdırmış, konqresin işinə müvəffəqiyyət arzulamışdır. Qarabağ Universiteti Tibb və sağlamlıq elmləri fakültəsi dekan müavini, Qarabağ Universiteti klinikasının baş həkimi dekan Samir Babayevin salamlarını çatdırmış və konqresin işinə müvəffəqiyyət arzulamışdır. Sonra, Avropa Foniatrlar İttifaqı Prezidenti Professor Dr. Haldun Oğuz öz açılış nitqində bu elmi tədbirin əhəmiyyətini vurğulamaqla bərabər, bütün həmkarları adına Qarabağ Universitetində olmaqdan məmnunluqlarını və sevinclərini qeyd etmişdir.
Bu il keçirilmiş ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunmuşdur ki, elmi proqram bu problemlərin həllinə həsr olunmuş interaktiv elmi panellə keçirilmiş. Sonra isə Qarbağ Universiteti İncəsənət fakültəsi və Türkiyə Cümhuriyyətindən gələn müsafir sənətçilərin konserti ilə davam etmişdir.
Konqresin işində Qarabağ Universitetinin müxtəlif fakültələrininin müəllim-tələbə heyəti iştirak etmiş, Türkiyə, ABŞ, Azərbaycanın müxtəlif elmi mərkəzlərindən 35 nəfər foniatr, loqoped və sənətçilər elmi proqramda təmsil olunmuşlar.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər