Cəmiyyət

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi

08 Jun 2026, 14:59 2 baxış Admin
Eldar Əzizovun oğluna yüksək vəzifə verildi

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.

Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər