Azərbaycanın bu ərazilərində TikTok-a giriş qadağan olundu
08 Jun 2026, 12:27
12 baxış
Admin
Hazırda məktəblərdə "TikTok"a çıxış bloklanıb.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
"Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub", - nazir müavini qeyd edib.
Mənbə:
bakupost.az