Cəmiyyət

Sumqayıtın bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq

07 Jun 2026, 22:33 17 baxış Admin
Sumqayıtın bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Sumqayıt Sukanal İdarəsindən News24.az-a bildirilib ki, səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər