Cəmiyyət

Prezident sərəncam imzaladı

05 Jun 2026, 15:20 8 baxış Admin
Prezident sərəncam imzaladı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər