TƏCİLİ! Novxanıdakı məşhur hoteldə yanğın baş verdi -
19 May 2026, 20:25
12 baxış
Admin
Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə yaxınlıqda yaşayan sakinlər video-görüntü qeydə alıblar.
Məlumata görə, hotelin ərazisindən qəfil qara tüstü yayılıb, qısa müddətdə alovun miqyası genişlənib.
Hava şəraitinin küləkli olması isə yanğının daha da sürətlə yayılmasına şərait yaradıb.
Bakupost.az-a daxil olan məlumata görə, yanğın söndürülüb.
Mənbə:
bakupost.az