Cəmiyyət

I sinfə neçə uşaq qəbul olub? - Say açıqlandı

19 May 2026, 17:54 10 baxış Admin
I sinfə neçə uşaq qəbul olub? - Say açıqlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

Alternativ qeydiyyat mərkəzlərinə;

Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;

ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər