"Avroviziya 2026": final gecəsi – CANLI
16 May 2026, 23:03
17 baxış
Admin
"Avroviziya 2026" mahnı müsabiqəsinin final gecəsi başlayıb.
News24.az xəbər verir ki, bu gecə iki yarımfinaldan finala yüksələn 20 ölkə və birbaşa finala vəsiqə qazanan 4 ölkə və ev sahibi Avstriya iştirak edir.
Finalda çıxış edəcək ölkələr bunlardır: Danimarka, Belçika, İsrail, Almaniya, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Birləşmiş Krallıq, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, İtaliya, Norveç, Rumıniya, Avstriya.
Xatırladaq ki, ikinci yarımfinalda çıxış edən Azərbaycan finala keçə bilməyib.
Mənbə:
news24.az